Rusiya Suriyada itki verdiyinə dair iddiaları rədd edib

2018/07/1-24_1531288065.jpg
Oxunub: 1634     13:46     11 İyul 2018    
Rusiya Müdafiə Nazirliyi ordunun Suriyadakı fəaliyyətlər zamanı itki verməsi ilə bağlı iddiaları yalanlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəyanat ötən gün nazirliyin sözçüsü tərəfindən səsləndirilib.

Açıqlamada qeyd olunub ki, Rusiya hərbçilərinin Derada, yaxud da hər hansısa başqa Suriya bölgəsində həlak olması ilə bağlı xəbərlər gerçəklikləri əks etdirmir.

“Heç bir ölüm və ya yaralanma halı baş verməyib. Suriyada fəaliyyət göstərən bütün hərbçilərimiz tam sağlam və təhlükəsiz şəraitdədirlər”, - deyə bəyanatda qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin