Fransa hərbi helikopteri qəzaya uğrayıb: Yaralananlar var

2018/07/helikopter_crash_020218_1531286793.jpg
Oxunub: 3269     13:18     11 İyul 2018    
Ötən gün Fransa HHQ-sinə məxsus helikopter Kot-d’İvuarda qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ölkənin iqtisadi paytaxtı hesab edilən Abidcan şəhəri yaxınlığında baş verib.

Məsələ ilə bağlı Kot-d’İvuar Nəqliyyat Nazirliyin Araşdırmalar şöbəsindən yayılan xəbərə əsasən hadisə nəticəsində ölən olmasa da, helikopterdəki hər 2 pilot yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin