Ekspert:"Tramp NATO sammitinə güc simvolu kimi gedəcək"

2018/07/180203101730-01-president-donald-trump-0202-super-tease_1531247502.jpg
Oxunub: 4444     02:30     11 İyul 2018    
ABŞ prezidenti Donald Tramp etdiyi çıxışlardan dolayı NATO sammitinə əsas güc və söz sahibi kimi qoşulacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki,bu səbəbdən dolayı bir çox politoloqlar avropalı liderlərin onunla ikitərəfli müzakirələr aparmaq istəyəcəyi ehtimalını istisna etmirlər.

Politoloq Millerin "Times”a bildirdiyi açıqlamada qeyd olunub ki, hazırda Tramp NATO sammitindən dərhal sonraya Putinlə görüş təyin edərək sanki hər iki tərəfi özündən siyasi olaraq asılı etmiş olub.

Belə ki, həm NATO liderləri, həm də Vladimir Putin ABŞ-dan daha çox mənfəət götürmək məqsədilə kifayət qədər güzəştlər verməyə hazır vəziyyətdədirlər.

"Bəlkə də ilk ABŞ prezidentidir ki, NATO sammitində bu dərəcədə diqtə edən tərəf olacaq", - deyə politoloq bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donald-Tramp   NATO  


Bizi "telegram"da izləyin