Sinqapur F-16 təyyarələrini əvəzləyəcək

2018/07/F-16_Fighting_Falcon_1531245110.jpg
Oxunub: 2659     01:49     11 İyul 2018    
Sinqapur Hərbi Hava Qüvvələrinin inventarında olan “Lockheed Martin” istehsalı F-16 qırıcı təyyarələrinin əvəzlənməsi planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Sinqapur Müdafiə naziri Nq Enq Hen əvəzləmə üçün hansı təyyarənin seçiləcəyinə tezliklə qərar veriləcəyini bildirib.

Onun sözlərinə görə, bu barədə qərar qarşıdakı aylarda qəbul ediləcək. Qırıcıların əvəzlənməsi isə 2030-cu illərə qədər baş tutmalıdır.

Nazir seçim edilərkən diqqət yetiriləcək xüsusiyyətlərə də toxunub. O, bildirib ki, yeni seçiləcək təyyarənin Sinqapurun hava fəzasını hansı səviyyədə müdafiə edə biləcəyi, Sinqapur HHQ-nin hava, quru və dəniz platformaları ilə birlikdə əməliyyat qabiliyyəti, qiyməti və s nəzərə alınacaq.

Sinqapur HHQ bu vaxta qədər həmişə ABŞ istehsalı qırıcı təyyarələr istifadə edib. Lakin bu dəfə Rusiya və Çin firmaları da Sinqapurun bu layihəsi üçün öz təyyarələrini təklif ediblər. Belə ki, Rusiya Su-57, Çin isə J-20 təyyarəsini Sinqapura satmağa çalışır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinqapur   F-16   Lockheed-Martin  


Bizi "telegram"da izləyin