Almaniya donanmasının dənizdə yanacaq doldurma qabiliyyəti zəifləyib

2018/07/German_frigate_Niedersachsen_(F208)_underway_with_other_ships_in_the_Atlantic_Ocean_on_12_July_2004_(040712-N-7748K-008)_1531242001.jpg
Oxunub: 1839     00:55     11 İyul 2018    
Almaniya donanmasının iki yanacaqdoldurma tankeri müxtəlif səbəblərdən dolayı gəmilərin yanacaqla təmin edilməsi əməliyyatları üçün yararsızdır.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, buna həmin tankerlərin aşınması, dəlinməsi və mühərriklərində üzə çıxan problemlər səbəb olub.

Almaniya donanmasının komandanı admiral Andreas Kraus bildirib ki, tankerlərin hazır vəziyyətə gətirilməsi mövcud imkanlar şəraitində mümkünsüzdür. Bu səbəbdən dolayı donanma getdikcə gücünü itirir.

Kraus bu məsələnin bir daha Almaniya donanmasının maliyyələşdirilməsi və modernləşdirilməsinin həyata keçirilməsinin necə əhəmiyyətli olduğunu üzə çıxardığını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Donanma   Nasazlıq  


Bizi "telegram"da izləyin