Türkiyə yeni dronunu təqdim edib

2018/07/thumbs_b_c_e59260e33ed96b97bdb935168ed241ef_1531231180.jpg
Oxunub: 4338     21:57     10 İyul 2018    
Ankara Texnoparkında təkmilləşdirilən “Trogon” dronu hazırda məlum olan dronlardan fərqli olaraq havada olarkən belə yeni tapşırıqların yerinə yetirilməsi üçün yönləndirilə bilir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyədə dronların kütləvi şəkildə hərəkət edə bilmə qabiliyyətinə sahib olması istiqamətində çalışmalar davam etdirilərkən, havadan ağıllı tapşırıq dəyişdirilməsi həyata keçirə bilən dron hazırlanıb.

Ankara Texnoparkında fəaliyyət göstərən “Lapis Havacılık Teknolojileri” şirkəti yerli istehsal dronların təkmilləşdirilməsi üçün işlərini davam etdirir.

Yeni təkmilləşdirilən “Trogon” 1,5 kiloqram ağırlığa və 30 dəqiqə uçuş müddətinə sahibdir və o, 5 kilometrə qədər məsafədən anbaan məlumat və görüntü təminatını həyata keçirə bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dron   Trogon  


Bizi "telegram"da izləyin