Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat qiyamçılara yaxın mənbələr tərəfindən yayılıb.
Bildirilir ki, husilər bu gün Yəmənin Səudiyyə Ərəbistanı ilə qərb sərhədlərindəki koalisiya qüvvələri üzərinə qısa mənzilli ballistik raket zərbəsi endirib.
Hücumun nəticələri ilə bağlı rəsmi rəqəmlər açıqlanmasa da, qiyamçılara yaxın mənbələr koalisiya qüvvələrinin xeyli sayda itki verdiyini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az