Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Polşa Müdafiə Nazirliyindən bildirilib.
Bir çox siyasi ekspert düşünür ki, 11-12 iyul tarixlərində Brüsseldə baş tutacaq NATO sammiti ərəfəsində bu mövzunun yenidən gündəmə gətirilməsi heç də təsadüfi deyil.
Belə ki, Varşavanın bu sammitdə ABŞ dövlət rəsmiləri ilə məsələni müzakirə edib ilkin razılığın əldə edilməsinə çalışacağı gözlənilir.
Qeyd edək ki, daha öncə də Polşa hökumətindən bir sıra nümayəndələr artan Rusiya təhdidlərinə cavab olaraq Polşa tərəfindən maliyyələşdiriləcək daimi ABŞ hərbi bazasının açılmasının labüdlüyünü dilə gətiriblər.
Dəyanət Ağalarlı
Ordu.az