Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, formalaşdırılan növbəti hökumətdə ölkənin Baş Qərargah rəisi və Müdafiə naziri postlarına yeni şəxslər təyin olunub.
Belə ki, 2015-ci ildən etibarən TSQ-nin Baş Qərargah rəisi vəzifəsini yerinə yetirən ordu generalı Hulusi Akar Müdafiə naziri postuna gətirilib.
Eyni zamanda TSQ-nin yeni Baş Qərargah rəisinin adı da məlum olub. Bu vəzifəyə ordu generalı Yaşar Gülər təyin olunub. Yaşar Gülər daha öncə Türkiyə Quru Qoşunlarının komandanı idi. Beləliklə Gülər TSQ-nin 30-cu Baş Qərargah rəisi olub.
Yaşar Gülərin Baş Qərargah rəisi təyin edilməsi ilə boş qalan Quru Qoşunları komandanı vəzifəsinə isə ordu generalı Ümid Dündar təyin olunub. Ümid Dündar bu vəzifəyə təyin olunmazdan əvvəl Baş Qərargahın 2-ci rəisi vəzifəsini yerinə yetirib.
Ağalar Ağalarlı
Ordu.az