Rusiyanın sahib olduğu hərbi gəmilərin sayı artırılır

2018/07/1025063205_1531217903.jpg
Oxunub: 3336     18:06     10 İyul 2018    
Rusiya Hərbi Donanması bu il ərzində daha 19 ədəd yeni döyüş gəmisi alacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, gəmilərin 12-si artıq donanmaya təhvil verilib.

Məsələ ilə bağlı məlumat bildirən Donanma rəhbərinin köməkçisi vitse-admiral Aleksandr Fedotenkov qeyd edib ki, təhvil verilən gəmilər bu ay baş tutacaq irimiqyaslı hərbi paradda təqdim ediləcək.

“Bu il üçün nəzərdə tutulan 19 yeni döyüş gəmisindən artıq 12-si donanmaya təhvil verilib. Daha 4-ü üzərində yekun tamamlanma işləri görülür ki, onların da qarşıdakı 2 ay ərzində təhvil verilməsi planlaşdırılır. Qalan 3 gəminin də istehsalının bu ilin sonuna kimi yekunlaşdırılması gözlənilir”, - deyə o sözlərinə əlavə edib.

Qeyd edək ki, gəmilər Baltik, Sakit Okean və Şimal donanmalarına təhvil veriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Donanma   Gəmi  


Bizi "telegram"da izləyin