Rəcəb Tayyib Ərdoğan ölkəmizdə rəsmi səfərdədir - FOTOLAR

2018/07/15312-1531212883_1531217209.jpg
Oxunub: 2415     17:57     10 İyul 2018    
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Ordu.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Ərdoğan səfəri çərçivəsində Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Zaqulba iqamətgahında rəsmi qarşılanacaq.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüş keçirəcəklər. Sonda hər iki dövlət başçısının birgə mətbuat konfransı olacaq.

Xatırladaq ki, bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Ərdoğan  


Bizi "telegram"da izləyin