Makedoniya NATO-dan dəvət gözləyir

2018/07/zaev-stoltenberg-1_1531211875.jpg
Oxunub: 2972     16:44     10 İyul 2018    
Qarşıdan gələn NATO sammiti öncəsi Skopye NATO-dan təklifə ümidli olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Makedoniyanın NATO ilə əlaqələr üzrə koordinatoru Stevo Pendarovski bildirib.

O qeyd edib ki, ölkəsinin NATO-dan üzvlük dəvəti alacağına inamı böyükdür.

“Makedoniya da eynilə Xorvatiya, Albaniya və Monteneqro kimi alyansa üzv olmaq dəvəti əldə edəcək. 11 iyula kimi inteqrasiya planları 90 faiz ölçüdə tamamlanacaq. Bütün maneələr demək olar ki, aradan götürülüb. Yunanıstanla gərginlik öz həllini tapmaq üzrədir. Artıq Makedoniyanın NATO-ya üzv olması üçün qarşıda heç bir əngəl yoxdur. İnanırıq ki, ən qısa zamanda alyansdan üzvlüklə bağlı təsdiq və rəsmi dəvət mesajı gələcək”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makedoniya   NATO  


Bizi "telegram"da izləyin