Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən sistemlərin çatdırılması məqsədilə ABŞ HHQ və “BAE Systems” şirkəti arasında müqavilə imzalanıb.
Məlumata görə, sözügedən sistemlər ABŞ HHQ-nin 1981-ci ildən etibarən istifadə etdiyi EC-130H təyyarəsinin əvəzlənməsi məqsədilə sifariş edilən EC-37B təyyarələrinə adaptasiya ediləcək.
“BAE Systems”in elektron mübarizə sistemlər üzərə nümayəndəsi Pamela Potter yeni sistemlərin döyüş effektivliyinin və möhkəmliyinin çox yaxşı səviyyədə olduğunu vurğulayıb.
“Compass Call” sistemləri ABŞ HHQ-yə düşmənin komanda-nəzarət əməliyyatlarını pozma, onun elektron sistemlərinə müdaxilə imkanı verəcək.
Ağalar Ağalarlı
Ordu.az