Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu raketlər BQM-74E hava hədəflərinin zərərsizləşdirilməsi üçün istifadə olunur.
ABŞ Donanmasından bildirilən məlumatda qeyd olunub ki, “Raytheon” şirkətinin istehsalı olan raketlərin ötən gün uğurlu sınağı baş tutub.
Şirkətlə bağlanılmış 77 milyon dollarlıq müqavilənin nəticəsi olaraq ərsəyə gələn "Sparrow" raketlərinin effektiv zərbə radiusu 48 kilometrdir.
Qeyd edək ki, ABŞ istehsalı olan gəmi əleyhinə yüksək sürətə sahib bu raketlər artıq Avstraliya, Belçika, Kanada, Danimarka, Almaniya, Yunanıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, İspaniya və Türkiyəyə ixrac olunub.
Dəyanət Ağalarlı
Ordu.az