Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər arasında razılıq bu gün əldə edilib.
Məsələ ilə bağlı Pentaqondan bildirilən rəsmi açıqlamada qeyd olunub ki, ümumi dəyəri 358 milyon dollar olan layihə çərçivəsində şirkət ABŞ Hərbi Hava Qüvvələrinin xidmətindəki 12 ədəd MİM-104 hava hücumundan müdafiə sisteminin modernizasiyasını həyata keçirəcək.
Bildirilir ki, 2021-ci ildə tamamlanacaq yenilənmə işləri nəticəsində sistemlərin maksimum zərbə radiusu 452 kilometrdən 536 kilometrə qədər qaldırılacaq. Eyni zamanda sistemin zərbə endirmə tezliyi də 3,4 saniyədən 2,6 saniyəyə qədər endiriləcək.
Qeyd edək ki, modernizasiya sistemlərin yalnız C versiyasını əhatə edəcək.
Dəyanət Ağalarlı
Ordu.az