Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyalı siyasətçi Kim Hak-yonq bəyan edib.
“Şimali Koreyada heç nə dəyişməyib. Bizim ABŞ-la hərbi təlimləri dayandırmağımıza baxmayaraq, Şimali Koreya əvvəlki illərdəkinə bənzər şəkildə hərbi təlimlər keçirməyə davam edir. Üstəlik yeni sualtı gəminin inşası da dayandırılmayıb”, - deyə o bildirib.
Kim Hak-yonq bütün bunları nəzərə alaraq Cənubi Koreyanın öz hərbi imkanlarını gücləndirməli olduğunu vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az