NATO Ukraynanı EOP proqramına dəvət etməyə hazır deyil

2018/07/41894984101425146_1530945191.jpg
Oxunub: 4119     14:35     07 İyul 2018    
“NATO hələ də Ukraynanı Artırılmış Fürsət Partnyorları (EOP) proqramına dəvət etməyə hazır deyil”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın NATO yanındakı missiyasının rəhbəri Vadim Pristayko bəyan edib.

NATO-nun Ukraynanı sözügedən proqrama dəvət etməyə hazır olub-olmamasına dair verilən suala Pristayko belə cavab verib: “Xeyr, proqramın effektivliyinin üç illik icmalına baxış altı ay öncə başa çatdı. Beş iştirakçının hamısı – Avstraliya, Finlandiya, Gürcüstan, İordaniya və İsveç gələcək işlərdə iştirak etməyə dəvət edildi. Biz bununla bağlı danışıqlara davam edirik. Qarşıdakı sammitdə bu işin yekunlaşacağını düşünmürəm”.

Onun sözlərinə görə, bu proqram NATO-nun partyorlarına birləşmək imkanı verir. O, birləşmək imkanı deyərkən, texniki məsələlər üzərində birgə əməkdaşlıq, ortaq hərbi əməliyyatların keçirilməsi və s. nəzərdə tutduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO   EOP  


Bizi "telegram"da izləyin