Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi bildirib.
Açıqlamada qeyd olunub ki, ötən gün axşam saatlarında ordu strateji məntəqə olan "Nəssib” sərhəd keçid məntəqəsini əlində saxlayan üsyançılar üzərinə aramsız hücumlar həyata keçirib.
Əməliyyatlar nəticəsində İordaniya ilə yeganə keçid nöqtəsi olan “Nəssib” ordu birlikləri tərəfindən ələ keçirilib.
Bildirilir ki, ordunun əldə etdiyi bu nailiyyət ölkənin cənub bölgələrində üsyançıların və terrorçuların mövqeyini kökündən sarsıdıb.
Qeyd edək ki, məntəqə 3 il idi ki, üsyançıların nəzarəti altında idi.
Dəyanət Ağalarlı
Ordu.az