Pentaqon və “Raytheon” lazer müdafiə sistemləri üzərində işləyir

2018/07/received_2187969048102086_1530893664.jpeg
Oxunub: 2523     00:13     07 İyul 2018    
“Raytheon” şirkəti taktiki döyüş maşınları üçün lazer müdafiə sistemləri formalaşdıracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə iyulun 3-ü bağlansa da ötən gün elan edilib.

Şirkətdən müqavilə ilə bağlı bildirilən məlumatda qeyd olunub ki, əməkdaşlıq nəticəsində “Raytheon” ABŞ Quru Qoşunlarının xidmətindəki taktiki döyüş maşınlarını 100 kilovatlıq çox məqsədli lazer sistemlə təchiz edəcək.

Əməkdaşlığın uğurlu olacağı təqdirdə tərəflər daha sonra termal alt sistemlərin də maşınlara əlavə ediləcəyini bildirib.

Qeyd edək ki, müqavilənin ümumi dəyəri 150 milyon dollardır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Pentaqon  


Bizi "telegram"da izləyin