Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Hezer Noyert danışıb.
Noyertin sözlərinə görə, ABŞ-ın Şimali Koreya ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur. O, bu gün Pxenyana gedəcək Pompeonun da ölkənin nüvəsizləşdirilməsi ilə bağlı danışıqlar keçirəcəyini xatırladıb.
Noyert ABŞ-ın hələ də Şimali Koreyanın nüvəsizləşdirilməsi siyasətinə qəti olaraq bağlı qaldığını bildirib.
Ağalar Ağalarlı
Ordu.az