Təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib – FOTOLAR+VİDEO
Oxunub: 1779
21:11
05 İyul 2018
Geniş miqyaslı təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib. Bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.