Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Bizdən silahları niyə nümayiş etdirdiyimizi soruşurlar. Bunun iki səbəbi var. Birincisi, XX əsrdə 20 milyon insan itirdik. Bu, Avropada 20 milyon insanın yoxa çıxdığı orta ölkədir. Mən düşmənin ayaq basdığı şəhərdə yaşayıram. Bu, 200 il öncə yox, 70 il əvvəl baş verib”, - deyə Zaxarova bildirib.
O qeyd edib ki, ikinci səbəb isə 1980-ci illərdə Rusiya SSRİ-nin tərkibində dünyaya açılanda, yeni əsaslarla dünya nizamını qurmağa çalışanda, hadisələrin axının dəyişəcəyinə ümid edirdi, lakin həmin vaxt böyük bir ölkəni aldatdılar və bir daha buna yol vermək olmaz.
Ağalar Qəribov
Ordu.az