Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
“İcazə verin mövqeyimi aydın ifadə edim. Əgər İsrail uşaqları gecə rahat yata bilməsələr, Qəzzadakı terrorçular İsrail Müdafiə Ordusunun bütün gücünü öz üzərlərində hiss edəcəklər. Biz heç kəsə vətəndaşlarımızı narahat etməsinə yol verməyəcəyik”, - deyə Danon bildirib.
O qeyd edib ki, HƏMAS-ın Təhlükəsizlik Şurasının “Qara siyahı”sına daxil edilməsi və onun liderləri və üzvlərinə qarşı sanksiyaların qəbul edilməsi zəruridir.
Ağalar Qəribov
Ordu.az