Rusiya-NATO Şurası səfirlər səviyyəsində Brüsseldə keçiriləcək

2018/05/2452-Rusiya-NATO-Şurası_1527746071.jpg
Oxunub: 2664     13:55     31 May 2018    
Rusiya-NATO Şurasının iclası bu gün səfirlər səviyyəsində Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Brüsseldəki görüşün təşkilatçıları məlumat yayıb.

Məlumata görə, iclasda Ukraynadakı vəziyyət və Rusiya ilə NATO-nun ilin ikinci yarısına planlaşdırdığı irimiqyaslı hərbi manevrlərə hazırlıq da daxil olmaqla Avropada hərbi aktivlikdə şəffaflıq məsələləri müzakirə ediləcək.

Qeyd edilir ki, bu iclas tarixdə ən qapalı iclaslardan biri olacaq. Tərəflərdən heç biri mətbuata açıq bəyanatlar verəcəyini açıqlamayıb.

Rusiya-NATO Şurasının bu iclası Moskva və NATO arasında münasibətlərin 2014-ci ildə dondurulmasından sonra 7-ci olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO  


Bizi "telegram"da izləyin