Pentaqon: İŞİD qüvvələri Əfqanıstanda 3 vilayətdə cəmləşir

2018/05/2451-Con-Nikolson_1527744855.jpg
Oxunub: 1963     13:37     31 May 2018    
“İŞİD terror qruplaşmasının üzvləri Əfqanıstanın 34 vilayətindən cəmi 3-də cəmləşir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı Quru Qoşunlarının komandanı, general Con Nikolson bəyan edib.

“İŞİD bütün Əfqanıstana yayılmağa çalışır. Lakin hazırda terrorçular coğrafi olaraq cəmi 3 vilayət – Cauzcan, Nanqərhar və Kunarla məhdudlaşıblar”, - deyə Nikolson bildirib.

O qeyd edib ki, bu yaxınlarda İŞİD-in Cauzcandakı rəhbəri Kari Hekmatulla və onun bir çox döyüşçüləri öldürülüb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Əfqanıstan   ABŞ   Pentaqon   Con-Nikolson  


Bizi "telegram"da izləyin