“BAE Systems” F-35-lərə dair müqavilə imzalayıb

2018/05/received_2549687248590761_1527701826.jpeg
Oxunub: 1872     01:47     31 May 2018    
“BAE Systems” “Lockheed Martin”lə F-35 “Lightning II” qırıcı təyyarələrin önəmli elektron müharibə sistemləri ilə bağlı müqavilə bağlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər arasında imzalanan beş illik müqavilə çərçivəsində həmin sistemlərin missiya qabiliyyətli və müharibə üçün uyğun olması üçün zəruri tədbirlər görüləcək.

“BAE Systems”in F-35 üzrə layihə direktoru Betsi Uorren bildirib ki, təmsil etdiyi qurum dünyanın ən qabaqcıl təyyarələri üçün hazırlanan elektron müharibə sistemləri sahəsində liderdir. O, “Lockheed Martin” və Pentaqonu əmin edib ki, F-35-lərin elektron müharibə sistemləri tam döyüş qabiliyyətinə malik olacaq.

Yeni müqaviləyə əsasən “BAE Systems” elektron müharibə sistemlərinin hissələrinin sərtliyini artırmaqla yanaşı, gözləmə vaxtını da azaldacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE-System   Lockheed-Martin   F-35  


Bizi "telegram"da izləyin