Hindistan 1,02 milyard dollarlıq silah-sursat alacaq

2018/05/received_2549697678589718_1527701039.jpeg
Oxunub: 3028     01:24     31 May 2018    
Hindistan Müdafiə Satınalma Şurası Hindistan Silahlı Qüvvələri üçün alınması planlaşdırılan yeni siyahını təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən yeni satınalma siyahısının ümumi dəyəri 1 milyard 20 milyon dollar civarındadır.

Siyahıda Hindistan QQ və HHQ-nin 84 mm-lik raketatan üçün termal gecəgörmə cihazları, Su-30 MKI təyyarələri üçün uzaq mənzilli infraqırmızı axtarış və izləmə sistemləri var.

Termal cihazlar əsgərlər tərəfindən hərəkətdə olan və ya sabit düşmən hədəflərinin dəqiq nişan alınması üçün istifadə ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin