Rusiyada yeni zirehli avtomobil təqdim olunub

2018/05/received_2549690115257141_1527693643.jpeg
Oxunub: 3569     23:40     30 May 2018    
Rusiyada yeni “Qorodovoy” təkhəcmli zirehli avtomobili təqdim edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” nəşri məlumat yayıb.

Yeni maşın Moskva ətrafındakı Balaşixedə keçirilən “Hüquq mühafizə orqanlarının qabaqcıl texnologiyalar günü – 2018” sərgisi çərçivəsində təqdim olunub. Avtomobil şəhər şəraitində müxtəlif tapşırıqların yerinə yetirilməsi təyinatlıdır.

“Qorodovoy” KamAZ-ın bazasında yaradılıb və müxtəlif növ silah və xüsusi avadanlıqarın montajı üçün platformaya çevrilə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qorodovoy  


Bizi "telegram"da izləyin