Taliblər Əfqanıstanda qəzalardan birini ələ keçiriblər

2018/05/2443_1527686262.jpg
Oxunub: 3977     21:23     30 May 2018    
“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimalında Dəşti-Qala qəzasına nəzarəti ələ keçiriblər.

Ordu.az “Ariana” telekanalına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumətindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, taliblər tərəfindən həyata keçirilən hücum nəticəsində Əfqanıstanın 5 hərbi qulluqçusu həlak olub, daha 4 hərbçi isə yaralanıb.

O cümlədən qeyd edilir ki, daha 10 nəfər hərbçi taliblər tərəfindən əsir götürülüb. O cümlədən taliblər qəzanın hökumət binalarını atəşə tutublar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin