ABŞ donanması yeni nüvə imkanlı sualtı gəmilər istəyir

2018/05/16846485_1527686269.jpg
Oxunub: 2614     21:18     30 May 2018    
ABŞ donanması “Columbia” sinifli nüvə silahlı ballistik raket sualtı gəmilərinin istehsal planını sürətləndirmək istəyir.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, ABŞ donanmasının bu yaxınlarda yaydığı məlumatda bu sualtı gəmilərin inşasına 2021-ci ildə başlanmasının planlaşdırıldığı qeyd olunub.

Onun tam əməliyyat qabiliyyətinə isə 2030-cu illərin əvvəllərində nail olacağı ehtimal edilir.

Gəminin istehsalçısı “General Dynamics” artıq inşası üçün zəruri avadanlıqların hazırlanmasına başlandığını və onun konstruksiyasına mümkün olduğu halda 2020-ci ildə başlanacağını elan edib.

ABŞ donanması ümumilikdə bu sinifli gəmilərdən 12 ədəd əldə etməyi planlaşdırır. Onlara 194 milyard dollar vəsait xərclənəcək. Hamısının çatıdırılmasının 2040, istifadə müddətlərinin isə 2080-ci illərə qədər uzanması ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Columbia   Sualtı-gəmi  


Bizi "telegram"da izləyin