Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məlumata görə, “Vertolyotı Rossii” holdinqi yay aylarında keçiriləcək “Armiya-2018” sərgisində Mi-28NM “Uçan tank” yeni helikopteri təqdim ediləcək.
Mi-28NM Mi-28N döyüş zərbə helikopterinin modernləşdirilən versiyasıdır. Bu tanklar axtarış və rəqib tanklarının məhv edilməsi, zirehli və zirehsiz texnikanın vurulması, həmçinin rəqib piyadalarının və aşağı sürətli aviasiyanın vurulması təyinatlıdır.
Helikopter gecə və gündüz, sadə və çətin meteoşərtlərdə fəaliyyət göstərməyə qadirdir.
Ağalar Qəribov
Ordu.az