Xabarovskda S-300-lər “Pantsir”lərlə birgə “rəqib”in aviahücumunu dəf edib

2018/05/2440_1527683584.jpg
Oxunub: 1985     20:33     30 May 2018    
Rusiyanın Xabarovsk diyarında Şərq Hərbi Dairəsinin hava hücumundan müdafiə qoşunları şərti rəqibin təyyarələrlə hücumunu dəf edib.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Şərq Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər çərçivəsində şərti rəqibin aviahücumu “Pantsir” zenit raket kompleksləri ilə müdafiə edilən S-300 zenit raket kompleksləri tərəfindən dəf edilib.

S-300-lər təyyarələrin aşkarlanması, təsnifatı, hərəkət istiqaməti barədə məlumatları toplayıb və analiz edib. “Pantsir” ZRK-ları isə öz növbəsində şərti rəqibin aviasiyasının məhvi üzrə tapşırıqları yerinə yetirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Xabarovsk   S-300   Pantsir  


Bizi "telegram"da izləyin