NATO Əfqanıstana dəstəyini davam etdirəcəyinə dair söz verib

2018/05/46984684_1527683012.jpg
Oxunub: 3195     20:22     30 May 2018    
NATO-nun üzv və partnyor dövlətləri Əfqanıstan təhlükəsizlik qüvvələrinə göstərdikləri dəstəyi davam etdirəcəklərini vəd ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə alyansın ortaq bəyanatı yayılıb.

NATO-nun mənzil qərargahında Əfqanıstan Milli Ordusuna edilən maliyyə dəstəyilə bağlı illik iclas keçirilib. İclasda ABŞ, Almaniya, Niderland və Əfqanıstandan nümayəndələr iştirak edib. Görüşə alyansın Baş katibi Yens Stoltenberq rəhbərlik edib.

Görüşdə Əfqanıstan hökumətinin təhlükəsizlik sahəsinə edilən xərcləri artırma planları müzakirə edilib.

Xatırladaq ki, 2016-cı ildə baş tutan Varşava Sammitində NATO dövlətləri Əfqanıstan təhlükəsizlik qüvvələrinin saxlanması üçün 2020-ci ilə qədər maliyyə dəstəyi göstəriləcəyinə razılıq verib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin