Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raketlər Hudeydənin husilərin nəzarətində olan istiqamətindən atılıb.
BƏƏ ordusunun mətbuat katibi Ömər Saleh husilərin Əl-Kokadakı qoşunları hədəf aldığını bildirib. Əl-Koka 2017-ci ilin dekabrında qiyamçılardan azad edilib.
Hudeydənin bəzi dağlıq ərazilərində mövcudluqlarını saxlayan husilər son günlərdə aktivləşməyə başlayıblar. Xüsusilə Hays şəhərinin sıx məskunlaşmış hissələrinə minaatanlar və artilleriyadan hücumlar edilir.
Ağalar Ağalarlı
Ordu.az