Malayziya HDQ iki yeni gəmi alıb

2018/04/Kapal-2604184564_1524743829.jpg
Oxunub: 2187     19:56     26 Aprel 2018    
Malayziya Kral Hərbi Dəniz Qüvvələri öz filotiliyasını dünya standartlarına uyğunlaşdırma səyləri çərçivəsində daha iki gəmi alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəmilərin istifadəyə verilməsi mərasimində donanmanın rəhbəri admiral Tan Sri Əhməd Kamarülzaman Əhməd Badaruddin öz iştirak edib.

O bildirib ki, gəmilərin alınmasının başlıca məqsədi personalının təlimlərini həyata keçirmək olsa da, onlar həm də əməliyyatda istifadə edilə bilər.

“HD Gagah Samudera” və “KD Teguh Samudera” adları verilən gəmilər maksimum 22,2 kilometr/saat sürət yığa və 4630 kilometr məsafə qət edə bilərlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   HDQ  


Bizi "telegram"da izləyin