Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya senatoru Aleksey Puşkov öz “Twitter” səhifəsində məlumat yerləşdirib.
“Pentaqonun bütün raketlərin hədəfləri vurması barədə məlumatları Dumadajı kimyəvi hücum barədə məlumatları kimi uydurma çıxdı. Yalanın miqyasları sadəcə heyrətləndirir”, - deyə Puşkov bildirib.
Qeyd edək ki, daha öncə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Suriyaya endirilən və zərərsizləşdirilən qanadlı raketləri nümayiş etdirib.
Ağalar Qəribov
Ordu.az