Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.
“Biz yalnız Suriyada İŞİD terror təşkilatını tam şəkildə məhv etmək istəyirik. ABŞ hərbçilərinin Suriyada başqa heç bir məqsədi yoxdur”, - deyə Mettis bildirib.
O qeyd edib ki, ABŞ Hərbi Hava Qüvvələrinin Suriyaya zərbələri isə yalnız kimyəvi hücumla əlaqədar idi və bunu Vaşinqtonun əleyhinə olan amil kimi təqdim etmək lazım deyil.
Ağalar Qəribov
Ordu.az