Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri, general Reymond Tomas bəyan edib.
O, bu barədə Florida ştatında keçirilən GEOINT simpoziumunda çıxış edərkən bildirib.
“Hazırda Suriyada ABŞ-a qarşı aqressiya artıb. Rəqib qüvvələr bizim HHQ-yə qarşı radioelektron mübarizə vasitələrindən istifadə edirlər. Artıq AS-130 batareyalarımız və kommunikasiya vasitələrimiz sıradan çıxarılır”, - deyə Tomas açıqlayıb.
Ağalar Qəribov
Ordu.az