Bir Ukrayna hərbçisi neçəyə başa gəlir?

2018/04/1698_1524728502.jpg
Oxunub: 1846     15:41     26 Aprel 2018    
Ukrayna Silahlı Qüvvələrinin bir hərbçisi vergi ödəyicilərinə 12 min dollara başa gəlir.

Ordu.az Ukraynanın “24TV” telekanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, bir əsgərə çəkilən bütün xərclər 12 min dollara başa gəlir. Halbuki ötən il bu məbləğ xeyli az – 8 min dollar təşkil edirdi.

Müqayisə üçün qeyd edək ki, bir ABŞ əsgəri vergi ödəyicilərinə yarım milyondan çox vəsaitə - 510 min dollara başa gəlir. Bir Polşa əsgərinə çəkilən xəc isə 100 min dollardır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Polşa  


Bizi "telegram"da izləyin