Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezident administrasiyasının rəhbəri İm Çjon Sok bəyan edib.
“Prezidenti Mun Çje İn və katib Kim Çen In ilk tarixi görüşlərində sabah təxminən səhər saat 9:30-da (Bakı vaxtı ilə 04:30 – red.) Pxanmundcomdakı demarkasiya xəttində görüşəcəklər”, - deyə Sok bildirib.
O qeyd edib ki, danışıqların nəticəsi olaraq liderlər birgə bəyannamə imzalayacaqlar.
Qeyd edək ki, daha öncə görüşdə Koreya yarımadasının nüvəsizləşdiriləcəyi və Koreyaarası münasibətlərin yaxşılaşdırılmasının əsas müzakirə mövzuları olacağı bildirilib.
Ağalar Qəribov
Ordu.az