Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.
“2011-ci ildə Suriyada başlanan vətəndaş müharibəsi hərbi həllə malik deyil. Biz BMT-nin egidası altında sülh prosesinin tənzimlənməsi üzrə diplomatik cəhdləri dəstəkləyirik”, - deyə Mettis bildirib.
O qeyd edib ki, aprelin 14-də Suriyaya raket zərbələrinin endirilməsi kimyəvi silah istifadəsinə qarşı verilən cavabdır və bu, vəziyyətin eskalyasiyasının davam etməsindən məlumat vermir.
Ağalar Qəribov
Ordu.az