Ordu.az “Fox News” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən olan mənbələr məlumat yayıb.
Məlumata görə, Bolton çərşənbə günü Ağ Ev daxilində Milli Təhlükəsizlik Şurasının yenidən təşkili, kadr dəyişiklikləri və heyətin yenilənməsi barədə bəyanatla çıxış edib.
Bolton ən təcrübəli əməkdaşların belə işdən çıxarılacağını, heyətdə ciddi dəyişikliklərin ediləcəyini və şöbə rəhbərələrinin də vəzifədən salınacağını açıqlayıb.
Qeyd edək ki, Bolton Trampın prezident olduğu 15 ay ərzində milli təhlükəsizlik üzrə onun üçüncü köməkçisi olub. Daha üstün iki köməkçi isə Herbert Makmastr və Maylı Flinn olub. Sonuncu öz vəzifəsindən 2017-ci ilin fevralında istefa verib.
Ağalar Qəribov
Ordu.az