"Bolton" sözünə uyğun 226 nəticə tapıldı!

Vardanyan Paşinyanı yerdən-yerə vurdu: “Nikol aylardır ki, Putinlə 10 dəqiqəlik görüş xahiş edir”

2019/07/75558-1564479451.jpg
Oxunub: 1003     15:51     30 İyul 2019    
“Rahat olun və davam edin. Heç bir dəyişikliyin olmadığı təsəvvürünün olması, reallığın daha kədərli olmasıdır. Əslində dövlətin əsaslarını dağıdırlar. Layiqli hökumətə sahib olacağımıza ümid edirəm. İndikilər isə təsadüfən gəldiyi kimi, təsadüfən də gedəcəklər. Güclü müqavimətə ehtiyac var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Erməni İnqilabı ittifaqı”nın (Daşnaksütun) nümayəndəsi sabiq erməni deputat Ağvan Vardanyan verdiyi müsahibəsində Paşinyan hökumətinin fəaliyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, keçmiş hakimiyyətdən qalan və indikilərlə davam edənlər, o cümlədən prezident Armen Sarkisyan, Baş prokuror Artur Davtyan, nazir Feliks Tsolakyan kimiləri həmişə olub və yeni filmdəki rollarını ifa edirlər.

“Ölkədə baş verənlərə diqqət yetirməyi tövsiyyə edirəm. Bu gün yaşananlara görə sabah utanacaqlar. Yeni hökumət formalaşarkən Paşinyan üçün səsvermə tələb edilərkən, bu məsələnin arxasında hansısa qüvvələrin olduğuna dair şübhələr var idi. İndi isə çoxlarının dediyi Soros, LGTB icması, İstanbul konvensiyası, Bolton layihəsi kimi qüvvələr barədə çox şey bilirəm. Ədliyyə nazirinin Venesiya komissiyası ilə bağlı bəyanat verərəkən daim Ermənistana qarşı fəaliyyət göstərən bir neçə nəfər narazılığını bildirib. Onlar bəyan edib ki, deyilən konvensiya ilə bağlı heç bir geri çəkilmə yoxdur. Keçmiş hüquqşünaslar onları indi əvəz edənlərdən daha ağıllı idi. Onlar deyib ki, bu konvensiya konstitutsiyaya ziddir, indi yol verilənlərə görə gələcəkdə bunu edənlər cavab verəcək. Konstitutsiya məhkəməsini dəyişmək heç də rahat deyil.

Paşinyan KİV-lərə açıqlamasında, Robert Köçəryanın siyasi məhbus olduğunu iddia edən şəxslərə bildirib ki, “indi mən Respublikanın Silahlı Qüvvələrinin tanklarını İrəvana soxmağa və istənilən müxalifət təzahürünü tırtılların altında əzməyə ixtiyarım var? Əgər belə bir hüququm yoxdursa demək Köçəryan siyasi məhbus ola bilməz”. 1996-cı ildə Levon Ter-Petrosyan tərəfindən seçkilərin saxtalaşdırıldığına dair rəy var. Bildirlir ki, tanklar yeridilib və müxalif qüvvələr əzilib. 2008-ci ilin “1 Mart” hadisələrinə dair belə bir iddia varsa, niyə 1996-cı ilin 20-26 sentyabr tarixlərinə dair da belə mübahisə yoxdur? Nə olsun ki, Müdafiə Nazirliyi Vazgen Sarkisyan da general Manvel Qriqoryanın sağlığına badə qaldırıb. Bu o deməkdir ki, əgər “1 Mart” 2008-ci il hadisələrinə geri dönüş mümkündürsə, o zaman daha da geriyə getmək lazım idi”, - deyə Vardanyan bildirib.

Bir sıra məsələlərə aydınlıq gətirən Vardanyan qeyd edib ki, heç vaxt geriyə baxan şəxs olmasa da indiki və digər hakimiyyətlər tərəfindən də tətbiq edilən ikili standartlar heç vaxt uğur əldə etməyəcək.

“Belə çıxır ki, reallıqda Vazgen Sarkisyan siması, təsviri, düşünmə tərzi yoxdur. Vazgenə görə 1996-cı ilə qayıtmaq istəmirəm. Hakimiyyət suverenlik haqqında danışır. Lakin parlament sədri ABŞ-da analitiklərlə görüşür və xahiş edərək deyir ki, İrana qarşı sanksiyaların tətbiq edilməsində ABŞ-ın bizə təzyiq göstərməsini istəməzdik. O qeyd edir ki, biz belə bir qiyməti ödəyə bilmərik. Bu bədbəxt bir haldır. Hakimiyyətin davranış tərzini tənqid etməkdən başqa çıxış yolu yoxdur. Suverenlik bundan ibarətdir?! Ermənistanın birinci siması aylarla Rusiya prezidenti ilə məzmunsuz 10 dəqiqəlik görüşə səy göstərir. Budur suverenlik?!”, - deyə o Paşinyan hakimiyyətinin işlək olmadığını ifadə edib.

O, 2000-ci ildə Soçidə Ermənistan və Rusiya prezidnetlərinin görüşünü xatırladaraq mövzunun qazın satış qiyməti olduğunu vurğulayıb: “Rusiya deyir ki, qazın satış qiymətini artıqmalıyıq, Ermənistan prezidenti isə ifadə edir ki, bu istisnadır belə bir şey ola bilməz. Bu hesabla yemək zamanı mübahisə yenidən yaranır və erməni tərəfi yemək yemir. Bu hal təkrarlanır və Ermənistan prezidenti durub getmək istəyərkən, Rusiya prezidenti bir alternativ təklif edə biləcəyini deyir və yenidən masaya otururlar. Digər məqamda isə 2000-ci illərdə Ermənistan prezidentinin Meğriyə səfər edərək, İran prezidenti ilə qaz çəkilişinin açılışı mərasimində görüş keçirməsidir. Bundan iki gün öncə ABŞ-ın bir nümayəndəsi cəld İrəvana səfər edir. Qonaq Ermənistan prezidentini xəbərdar edərək bu açılışa getməməyi tövsiyyə edir. Cavabında Ermənistan prezidenti bildirir ki, bura sizin üçün ABŞ-Meksika sərhədi deyil, bu bizim üçün həyati əhəmiyyət daşıyan həyat yoludur və açılışa gedir”.

Daşnaksütunun nümayəndəsi, sözügedən bu iki misalı suverenlik addımı kimi dəyərləndirdiyini vurğulayıb.

“Hakimiyyətin səsləndirdiyi ittihamları absurd hesab edirəm. Ölkədə ədalət prinsipinə əməl edilmir. Əhali baş verənləri məgər görmür? Zibillər tam qapıya dirənməyib və hələki yalnız İcevan sakinləri həbs edilib. Rahat olun və davam edin. Heç bir dəyişikliyin olmadığı təsəvvürünün olması, reallığın daha kədərli olmasıdır. Əslində dövlətin əsaslarını dağıdırlar. Layiqli hökumətə sahib olacağımıza ümid edirəm. İndikilər isə təsadüfən gəldiyi kimi, təsadüfən də gedəcəklər. Güclü müqavimətə ehtiyac var”, - deyə Daşnaksütunun nümayəndəsi erməni xalqını etirazlara səsləyib.

Jurnalistin, “Bu müqavimətə 7 partiyanın qoşulması məlumdur, bəs digər partiyalar harada qalıb?” sualına Vardanyan belə cavab verib: “Artıq məhkəmə sahəsinə dair 7 partiya birləşib bəyanat verirsə, bu böyük irəliləyişdir. Hər zaman tənqidə zərurət olduğunu demişəm. Keçmiş hakimiyyətin də nöqsanlarını daim tənqid edirdim. Artıq cəmiyyəti keçmiş hakimiyyətlə qorxuda bilməyəcəklər. Məhkəmə sistemi indiki hakimiyyətə mane olur. Məhkəmə sistemini mənimsədikdən sonra məgər sərmayələr axıb gələcək? Daxili düşmən axtarılması təcrübəsinə son qoyulmalıdır.

Yeni Ermənistan hakimiyyətinin öz iqtidarını qoruyub saxlamaq üçün yeganə yolu keçmişdəkiləri ləkələmək, tənqid etmək, daxili düşmənlər axtarmaqdır. Ermənistan hüquqi dövlət kimi var olmağa son verməkdədir. Bu gün Ermənistanda ədalət hökm sürmür. Bu reallıqdır və məhz özlərinə baha başa gələcək. Tanınmış hüquqşünasların dediyinə görə, hər şey düz yolda davam edir. Hakimiyyət ət maşını kimi bir şeydir. 40 ildir Daşnaksütun və Respublikaçıların hakimiyyətdən getmədiyi qeyd edilirdi. Daha 40 gün də dözməyi tövsiyə edirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Böhran