Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri sahəsində mütəxəssisi Sergey Beznoqix bildirib.
O qeyd edib ki, qanadlı raketlərin üzərindəki izlər Suriyada S-25, “Osa”, “Kvadrat” kimi hava hücumundan müdafiə komplekslərinin izlərindən xəbər verir.
“Əldə olunan raketlər tədqiq edildikdən sonra onların zəif cəhətləri nəzərə alınmaqla Rusiyanın Suriyadakı hava hücumundan müdafiə kompleksləri təkmilləşdiriləcək”, - deyə Beznoqix açıqlayıb.
Ağalar Qəribov
Ordu.az