"Könüllü Döyüşçülər İttifaqı": "Cinayətkar partiyanın hakimiyyətini qorumağa çalışırlar"

2018/04/1122121_1523968583_1524722389.jpg
Oxunub: 278     09:58     26 Aprel 2018    
"Serj Sarkisyanın istefasından faydalanaraq cinayətkar oliqarx iqtidar partiyanın hakimiyyətini qoruyub saxlamağa çalışırlar".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu İrəvanda baş verən kütləvi nümayişlərə dəstəyini ifadə edən "Könüllü Döyüşçülər İttifaqı" yaydığı bəyanatda bildirib.

İttifaq, Ermənistan hakimiyyətində olan oliqarxları cinayətkar adlandıraraq, hadisələrin gedişatından narahat olduqlarını bəyan edib.

"Hakimiyyətin son davranışı, ümumxalq hərəkatının qələbəsini güc tətbiq etməklə dəf etməyə, Serj Sarkisyanın istefasından faydalanaraq cinayətkar oliqarx iqtidar partiyanın hakimiyyətini qoruyub saxlamaq cəhdləri bizi çox narahat edir.

Könüllü döyüşçülər ittifaqı olaraq, bütün könüllü döyüşçüləri daim olduğu kimi bir nəfər kimi xalqın yanında olmağa çağırırıq.

Hakimiyyət orqanlarına isə prosesləri toqquşmalara və güc tətbiqi ilə həllinə doğru aparmamağa çağırırırq.

Əks halda bütün məsuliyyət fəaliyyətdə olan iqtidar və Respublikaçılar partiyasının üzərinə düşəcək", - deyə "Könüllü Döyüşçülər İttifaqı" yaydığı bəyanatda bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Etiraz   Döyüşçülər  

Xəbər lenti

"Könüllü Döyüşçülər İttifaqı": "Cinayətkar partiyanın hakimiyyətini qorumağa çalışırlar"

2018/04/1122121_1523968583_1524722389.jpg
Oxunub: 279     09:58     26 Aprel 2018    