Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi sənaye kompleksindən olan mənbələr məlumat yayıb.
“Daha öncə Rusiyanın Suriyaya S-300 zenit raket kompleksi verməsi barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar həqiqətə uyğun deyil”, - deyə mənbə bildirib.
Qeyd edib ki, hazırda Suriya ordusunun həm Sovet istehsalı, həm də müasir “Pantsir” kompleksləri var və bu komplekslər özlərini Suriyaya raket zərbələrinin endirilməsində effektiv şəkildə nümayiş etdirib.
Ağalar Qəribov
Ordu.az