Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko öz “Facebook” səhifəsində məlumat yerləşdirib.
“79-cü desant-hücum birqadası bölməsi və 14-cü mexanikləşdirilmiş tank bölüyü beynəlxalq “Combined Resolve X” təlimlərində iştirak edirlər. Bu il təlimlərdə NATO-nun 13 üzvü və alyansın müttəfiqi olan ölkələrdən 3700 hərbi qulluqçu iştirak edəcək”, - deyə məlumatda qeyd olunur.
Ukrayna prezidenti həmçinin desant-hücum birqadasının 7 ədəd BTR-80, tankçıların isə 5 ədəd T-84 ilə silahlandırıldığını vurğulayıb.
Ağalar Qəribov
Ordu.az