Ötən gecə Rusiyanın Suriyada yerləşən Hmeymim aviabazasına hücum baş tutub.
Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, bu barədə Hmeymim aviabazasından olan mənbələr məlumat yayıb.
“Aprelin 24-də günün qaranlıq hissəsinin başlaması ilə Hmeymim aviabazasının hava hücumundan müdafiə kompleksləri tərəfindən az görünün naməlum hava obyektləri qeyd alınıb. Zenitçilər reaksiya göstərərək bütün hava hədəflərini məhv ediblər”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, hadisə nəticəsində yaralanan və xəsarət alan yoxdur, o cümlədən aviabazaya heç bir zərər dəyməyib.