Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, layihə DARPA-ya məxsusdur və məqsədi kiçik piyada bölükləri üçün yeni taktiki vasitələr hazırlamaqdır.
Məlumata görə, "Raytheon" artıq bir müddətdir ki, bu texnologiya üzərində işləməyə başlayıb. 2015-ci ildə şirkət ABŞ HDQ-nin Tədqiqat Bürosunun proqramında iştirak edib. Bu proqram nəticəsində 30 PUA eyni zamanda uğurla idarə edilib.
Hazırda texnologiyanın təkmilləşdirilməsi və ən azı 250 PUA-dan ibarət dron sürüsünün eyni anda idarə olunması istiqamətində işlər davam etdirilir.
Sevinc Əliyeva
Ordu.az