Məmmədyarov Lavrovla Qarabağı müzakirə edib

2018/02/40519427923452345_1517559235.jpg
Oxunub: 2461     15:28     02 Fevral 2018    
Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarovla Sergey Lavrov arasında fevralın 1-də telefon danışığı olub.

Ordu.az-a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev qeyd edib ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dağlıq-Qarabağ   Elmar-Məmmədyarov   Sergey-Lavrov  


Bizi "telegram"da izləyin